RU

İlk dəfə həmin vəzifəyə namizədlərin adını çəkdi

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Andrey Yermakın işdən çıxarılmasından sonra ilk dəfə olaraq öz ofisinin rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Londonda Avropa İttifaqı liderləri ilə görüşdən sonra jurnalistlərə bildirib.

“Ofis rəhbərinə gəlincə, mən məsləhətləşmələr apardım. Variantlar var - müdafiə nazir Denis Şmıqal və ya Rəqəmsal Transformasiya Nazirliyinin rəhbəri Mixail Fedorov. Amma burada bir problem var, çünki şura onları təyin etməzdən əvvəl ilk növbədə onları vəzifələrindən kənarlaşdırmalıdır”, - Zelenski vurğulayıb. 

Xatırladaq ki, A. Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib. Daha sonra Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi ona qarşı cinayət işi açıldığı barədə məlumat yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
2
qafqazinfo.az

9Источники