RU

Rayonlararası istiqamətlər üzrə qatar reyslərinin sayı artırılır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

ADY-dən AZƏRTAC-a bildirilib ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı;

- 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı,

- 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı,

- 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.

Избранный
17
12
yeniazerbaycan.com

10Источники