RU

2018 ci ildən bəri işləməyən eskalatorlar... AAYDA: Yaxın 5 ildə eskalatorların yenilənməsi istiqamətində təkliflər hazırlanır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

"İllərdir ki, qış parkının yeraltı keçidlərində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yerləşdirilmiş eskalatorlar çalışmır. Keçidlərdə mağaza işlədənlərin verdiyi məlumata görə, illər öncə bu eskalatorlara su daxil olduğuna görə fəaliyyətdən dayanıblar. Gəlib yoxlayıblar və səbəb kimi daxili mexanizminə su sızdığına görə nasazlıq yarandığını, ona görə də işləmədiyini bildiriblər". Bizimyol.info xəbər portalının müxbiri 2024-cü ildə bu barədə reportaj hazırlamışdır. Belə ki, Heydər Əliyev Sarayı yaxınlığındakı altı eskalatorun, eyni zamanda Mərkəzi Bank qarşısındakı səkkiz eskalatorun demək olar heç biri 2018-ci ildən bəri işlək vəziyyətdə deyil. O zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də altı il öncə Füzuli küçəsində yerləşən və bu qurumun balansında olan eskalatorların hissələrini sifariş verdiyini bildirib. Qeyd edək ki, Füzuli küçəsi Qış parkını da əhatə edir.

Artıq 7 ildir ki, eskalatorlar işləmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2024-cü ildə saytımızın sorğusuna cavab olaraq bildirilib ki, eskalatorların hissələri sifariş verilib.

Bəs niyə bu günə qədər məsələ həll yolunu tapmayıb?Sifariş niyə bu qədər gecikib?

Yaranan suallara cavab tapmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır: “Şəhər infrastrukturunun təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə yeraltı piyada keçidlərində nasaz vəziyyətdə olan eskalatorların təmiri istiqamətində işlər həyata keçirilir. Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar, təmir və bərpa işlərinə başlanılıb. Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir.

Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin qiymətləndirilməsi, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır”.

Qurumdan onu da bildirdilər ki, Qış Parkı artıq Agentliyin balansında deyil, ərazidə yerləşən parkinqə aiddir.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
bizimyol.info

1Источники