Metbuat.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, yeni qaydaya görə, ölkədə yaşayış icazəsi olan və ayda ən azı 13.300 dollar maaş alan qeyri-müsəlmanların spirtli içki içməsinə icazə verilir. Onlar 13.300 dollar maaş aldıqlarını sübut edən sənədi təqdim etməklə Ər-Riyadda yeganə içki satılan mağazadan alış-veriş edə biləcəklər. Məlumatda o da bildirilir ki, spirtli içki satışına məhdudiyyət tətbiq olunacaq. Aylıq limiti keçənlər əliboş yola salınacaq.
“Bloomberg”in məlumatına görə, qadağaların yumşaldılmasında məqsəd turizmi təşviq etməkdir.