RU

Rusiya ordusu Ukraynada daha iki kəndi işğal edib

Rusiya qoşunları Zaporojye vilayətinin Novodanilovka və Donetsk vilayətinin isə Çervone kəndlərini ələ keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Dnepr” qüvvələr qrupunun bölmələri Zaporojye bölgəsindəki Novodanilovka kəndini, “Cənub” qüvvələr qrupunun bölmələri isə aktiv və qətiyyətli hərəkətlər nəticəsində Donetskin Çervone kəndini azad edib", - deyə vurğulanıb.

Qeyd edək ki, Rusiya ordusu əsasən Donetskdə irəliləməyə davam edir.

Daşqın HəsənovMissiya.Az

Избранный
71
missiya.az

1Источники