RU

İsveçrənin aparıcı bankı 10 min işçini ixtisar etməyi planlaşdırır

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az 

İsveçrənin aparıcı bankı olan "UBS" 2027-ci ilə qədər 10 min  nəfərə qədər əlavə işçi ixtisarı həyata keçirə bilər.

Banco.az xəbər verir ki, əgər plan təsdiqlənsə, bu, bankın ümumi işçi qüvvəsinin təxminən 9 faizinin azaldılması deməkdir.

Bank məlumatda göstərilən rəqəmi təsdiqləməsə də, həm İsveçrədə, həm də dünya üzrə ixtisarların mümkün qədər minimum səviyyədə saxlanılacağını bildirib.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bankın açıqlamasına görə, ixtisarlar birdən-birə deyil, bir neçə il ərzində təbii xitam, erkən təqaüd və xarici vəzifələrin daxili resurslarla əvəzlənməsi yolu ilə həyata keçiriləcək.

UBS-in 2023-cü ildə satın aldığı Credit Suisse bankının inteqrasiyası davam edir. Mövcud ixtisar ehtimalı bu prosesin yeni mərhələsi kimi qiymətləndirilir.

2024-cü ilin sonunda UBS-in təxminən 110 min əməkdaşı var idi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
banco.az

2Источники