RU

Finlandiyada müstəqilliyin ildönümü münasibətilə Prezident Sarayında qəbul keçirilib FOTOLAR

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Stokholm, 7 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Finlandiya müstəqilliyinin 108-ci ildönümünü qeyd edir.

AZƏRTAC xəbər verir ki, bayram tədbirləri çərçivəsində Prezident Aleksandr Stubb və birinci xanım Süzanna İnnes-Stubb Prezident Sarayında ənənəvi qəbul təşkil edib. Bura bütün ölkədən təxminən 1700 qonaq dəvət olunub.

Parad geyimləri, ordenlər və mükafatlar, milli motivlər və zərif detallar – bütün bunlar birlik və ölkənin tarixinə hörmət atmosferi yaradıb. Qəbulda övlət qurumlarının, diplomatik korpusun nümayəndələri, eləcə də Finlandiyanın inkişafına töhfə vermiş görkəmli şəxslər iştirak ediblər.

-1 / 11

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
azertag.az

1Источники