Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycanın idman gimnastı Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibi olub.
Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı Danimarkanın Herninq şəhərində keçirilən beynəlxalq liqada fərqlənib.
Tamblinq üzrə dünya çempionatının komanda hesabında qalibi, Dünya Oyunlarının gümüş mükafatçısı “FaceOFF”da ötənilki titulunu qoruyub.