RU

Bu ölkə Rusiyaya görə bütün zəruri qüvvəi və resursları səfərbər etdi

Polşa Rusiya aviasiyasının aktivliyi səbəbindən lazımi qüvvə və vasitələri səfərbər edib.

Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri Komandanlığı X sosial media platformasında məlumat yayıb.

"Rusiyanın uzaqmənzilli təyyarələrinin Ukrayna ərazisinə zərbələr endirməsi səbəbindən hərbi təyyarələrimiz Polşa hava məkanında fəaliyyətə başlayıblar. Mövcud prosedurlara uyğun olaraq Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sərəncamında olan bütün lazımi qüvvə və vasitələri səfərbər edib", - deyə bəyanatda bildirilir.

Qeyd olunub ki, Polşa qırıcı təyyarələri məhz Rusiyanın havadan göstərdiyi aktiv fəaliyyət səbəbindən aerodromlardan qalxıb: "Bu tədbirlər profilaktik xarakter daşıyır və hava məkanının təhlükəsizliyini və etibarlılığını təmin etməyə yönəlib".

Избранный
106
publika.az

1Источники