RU

Suraxanıda müşavirə keçirildi

Dekabrın 5-də “Suraxanı rayonunda 2025-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran məsələlər” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib.

Publika.az xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının, FHN 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və qəsəbə bələdiyyələrinin sədrləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tədbirin məqsədi haqqında məlumat verib. RİH başçısı bildirib ki, rayon üzrə mülki müdafiənin vəziyyəti, yaşayış sahələrində yanğınların baş vermə səbəblərinin öyrənilməsi, eləcə də söndürülməsi prosesində qarşıya çıxan problemlərin araşdırılması xüsusi əhəmiyyət daşıyır.

Bakı Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov çıxış edərək mülki müdafiə sisteminin daha da təkmilləşdirilməsi haqqında, yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, aidiyyəti qurumlara lazımi tövsiyələr verib.

Избранный
42
2
publika.az

3Источники