FİFA-nın sabiq prezidenti Yozef Blatter təşkilatın Kriştiano Ronaldonu şərti diskvalifikasiya etməmək qərarından narazılığını bildirib.
Xatırladaq ki, futbolçu DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda (0:2) qırmızı vərəqə alıb. FİFA İntizam Komitəsi Ronaldonu 2 oyun şərti cəza olmaqla 3 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Bu cəza hücumçuya dünya çempionatının qrup mərhələsinin ilk oyununda çıxış etməyə imkan verəcək. Ronaldo Ermənistanla matçı (9:1) buraxdıqdan sonra cəzasını çəkib.
Publika.az xəbər verir ki, “The Telegraph” nəşri Blatterin sözlərini sitat gətirib:
“Bu, qəbuledilməz bir prinsipdir. İntizam məsələlərinə məhkəmə baxmalıdır. FIFA prezidentinin fərmanı əsasında qərar qəbul edilə bilməz.