RU

TƏCİLİ: Ermənistan və İran yeni layihəyə start verdi: “Zəngəzur” və Azərbaycan üçün REAL TƏHLÜKƏ

İran–Ermənistan dəmir yolunun tikintisi məsələsi regional gündəmin əsas mövzularından birinə çevrilib. Maraqlıdır, bu layihə Azərbaycan–Ermənistan sülh prosesinə müsbət, yoxsa mənfi təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, məsələyə həm ikitərəfli, həm də regional maraqlar prizmasından yanaşmaq lazımdır.

Onun sözlərinə görə, dəmir yolu layihəsi İranın Qara dənizə çıxışını hədəfləyir və bunun həyata keçirilməsi Ermənistan üzərindən mümkün ola bilər:

“Ermənistan baş naziri Nikol Paşinyan da bəyan edir ki, bu təşəbbüs Azərbaycanla razılaşmalar çərçivəsinə uyğundur. Regionda kommunikasiyaların açılması da onların planlarına daxildir. Zəngəzur dəhlizi layihəsi ilə paralel olaraq, bu dəmir yolunun kordinasiyalı şəkildə işləməsi Cənubi Qafqazda iqtisadi tarazlığı artıra bilər”.

Siyasi şərhçi vurğulayıb ki, layihə qarşılıqlı maraqlar nəzərə alınmadan, alternativ marşrut kimi təqdim edilərsə, bu, regionda balansı pozacaq:

“Əgər İran–Ermənistan dəmir yolu Azərbaycan üçün nəzərdə tutulan kommunikasiyalara qarşı alternativ kimi ortaya qoyularsa, bu, Azərbaycanın bölgədəki çəkisinə mənfi təsir göstərər. Bu hal yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə sülh prosesinə zərbə vurmuş olar”.

Putindən

Ə.Əlibəylinin fikrincə, layihənin riskləri minimuma endirilməsi üçün şəffaflıq və qarşılıqlı razılaşma əsas şərtdir:

“Düşünürəm ki, Ermənistan–İran dəmir yolu layihəsinin bütün modulları və detalları açıq şəkildə təqdim olunmalıdır. Hər iki tərəf prosesin bütün mərhələlərində razılaşdırılmış qaydada hərəkət etməlidir”.

Qeyd edək ki, layihə hələ də müzakirə mərhələsindədir və onun regiondakı geopolitik balanslara təsiri diqqətlə izlənilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
45
1
konkret.az

2Источники