RU

İsrail və Ukrayna əməkdaşlıq sazişi imzalayacaq

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail-Ukrayna Birgə İqtisadi Komissiyasının 13-cü iclası Ukraynanın Baş nazir müavini Taras Kaçka və İsrailin Təhlükəsizlik Kabinetinin naziri Zeev Elkinin rəhbərliyi ilə keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. İsrailin ev sahibliyi etdiyi toplantıda komissiyanın fəaliyyəti çərçivəsində İsrail və Ukrayna nazirlikləri arasında ticarət, kənd təsərrüfatı, enerji, rəqəmsal texnologiyalar, ətraf mühit və səhiyyə kimi müxtəlif sahələrdə danışıqlar aparılıb. 

İsrailli nazir Elkin iki ölkə arasında yenidənqurma, infrastruktur və fəlakətlərdən sonra bərpa sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə əməkdaşlıq sazişinin imzalanacağını açıqlayıb. İsrail mediasının məlumatına görə, İsrailin Tekuma İdarəsi ilə Ukraynanın İnkişaf Nazirliyi arasında müharibədən sonrakı yenidənqurma sahəsində əməkdaşlığa dair niyyət protokolunun imzalanması üçün hazırlıqlar görülür. 

Sazişin məqsədi işçi kanalların yaradılması, infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası, fəlakət sonrası xilasetmə işləri və texnologiyadan istifadə sahəsində təcrübə mübadiləsini asanlaşdırmaqdır. 

Digər tərəfdən, Ukraynanın Baş nazir müavini Kaçka səfəri zamanı İsrail Prezidenti İsxak Hersoq və Xarici İşlər Naziri Gideon Saar ilə də görüşlər keçirib. Kaçka X hesabında paylaşdığı məlumatda, İsrail-Ukrayna Birgə İqtisadi Toplantısının Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ilk dəfə keçirildiyini bildirib. O, Hersoq və Saar ilə görüşlərində regional məsələlərin müzakirə olunduğunu qeyd edib.Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
1
cebheinfo.az

2Источники