AZ

İsrail və Ukrayna əməkdaşlıq sazişi imzalayacaq

İsrail-Ukrayna Birgə İqtisadi Komissiyasının 13-cü iclası Ukraynanın Baş nazir müavini Taras Kaçka və İsrailin Təhlükəsizlik Kabinetinin naziri Zeev Elkinin rəhbərliyi ilə keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. İsrailin ev sahibliyi etdiyi toplantıda komissiyanın fəaliyyəti çərçivəsində İsrail və Ukrayna nazirlikləri arasında ticarət, kənd təsərrüfatı, enerji, rəqəmsal texnologiyalar, ətraf mühit və səhiyyə kimi müxtəlif sahələrdə danışıqlar aparılıb. 

İsrailli nazir Elkin iki ölkə arasında yenidənqurma, infrastruktur və fəlakətlərdən sonra bərpa sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə əməkdaşlıq sazişinin imzalanacağını açıqlayıb. İsrail mediasının məlumatına görə, İsrailin Tekuma İdarəsi ilə Ukraynanın İnkişaf Nazirliyi arasında müharibədən sonrakı yenidənqurma sahəsində əməkdaşlığa dair niyyət protokolunun imzalanması üçün hazırlıqlar görülür. 

Sazişin məqsədi işçi kanalların yaradılması, infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası, fəlakət sonrası xilasetmə işləri və texnologiyadan istifadə sahəsində təcrübə mübadiləsini asanlaşdırmaqdır. 

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr