RU

110 manata görə quldurluq edən Tulinin həyatı - səkkizqat çempionu...

Xəbər verdiyimiz kimi, azərbaycanlı qadın kikboksçu, 21 yaşlı Tulin Ələkbərova dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinərək saxlanılıb...

Poliqon xəbər verir ki, Tulin Ələkbərova səkkizqat Azərbaycan çempionudur.

O, 2004-cü ildə anadan olub və 8 yaşından bəri idmanla məşğuldur. Azərbaycan çempionu olan kikboksçunun 27 medalı var, 18-i qızıldır.

Tulin Ələkbərova 2023-cü ilin dekarbında sevgilisi tərəfindən döyüldüyü üçün gündəmə gəlib.

 
Daha sonra 2025-ci ilin aprelində Nərimanov rayonunda yerləşən restoranda Tulin tərəfindən döyüldüyünü deyən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə idmançıya 6 ay müddətinə azadlığın məhdudlaşdırılması, yəni elektron qolbaqla nəzarət altında qalma cəzası təyin edilib.

Poliqon.info

Избранный
70
2
poliqon.info

4Источники