Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti mərhələdə köç edən sakinlərə evlərinin açarları təqdim edilib.
APA-nın yerli müxbiri xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 66 nəfər -18 ailə köçürülüb.
Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
13.02
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.
APA-nın yerli bürosu xəbər verir ki, bu gün köçürülən 18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb.
Sakinləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri qarşılayıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.
***
12.09
Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.
APA-nın bölgə müxbiri xəbər verir ki, bu gün Horovlu kəndinə 18 ailə - 66 nəfər köçürülür.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.