RU

Uqo Llorislə yeni müqavilə imzaladılar

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Uqo Llorislə yeni müqavilə imzaladılar

Fransa millisinin sabiq üzü Uqo Llorisin "Los-Anceles"dəki gələcəyi müəyyənləşib.

QOL.az xəbər verir ki, ABŞ təmsilçisi 39 yaşlı qolkiperi komandada saxlamaq qərarına gəlib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı ilə 1 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Lloris ötən ilin yanvarından "Los-Anceles"də çıxış edir. Bu mövsüm o, 38 oyun keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
2
qol.az

3Источники