Göyərtəsində sərnişinlərin olduğu Airbus A320 təyyarəsi Braziliyada eniş etdikdən sonra yanıb.
"Unikal" xəbər verir ki, uçuşu həyata keçirən LATAM Hava Yollarının məlumatına görə, yanğın baqaj daşıyıcısı tərəfindən törədilib və bütün təyyarəyə yayılıb.
Qeyd olunub ki, təyyarənin salonu tamamilə tüstüyə bürünüb, sərnişinlər təxliyə edilib.