RU

Qanunsuz obyekt tikintisi yenidən gündəmdə: Sakinlər etiraz edir – VİDEO

Suraxanı rayonunda, 114 nömrəli məktəbin arxasında rabitə lyukunun üstündə heç bir tikinti sənədi və icazəsi olmadan obyekt inşasına yenidən start verildiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Rabitə Nazirliyi rəsmi məktubla bu ərazidə aparılan işlərin qanunsuz olduğunu qeyd edib və tikintinin dərhal dayandırılmasını tələb edib. Hadisə ilə bağlı 3-4 ay əvvəl “Xəzər TV”də çəkiliş aparmış və tikinti həmin vaxt dayandırılmışdı.

Lakin sakinlər bildirirlər ki, bu gün qanunsuz inşaat işləri yenidən bərpa olunub. Ərazidə heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyi, kommunukasiya xətlərinin üstündə obyekt tikilməsinin ciddi risk yaratdığı qeyd edilir.

Sakinlər aidiyyəti dövlət qurumlarını məsələyə təcili müdaxilə etməyə və qanunsuz tikintinin tamamilə dayandırılmasına çağırır.

Избранный
104
nocomment.az

1Источники