RU

Ukrayna Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib.

Bu barədə Baş Kəşfiyyat İdarəsinin “Teleqram” səhifəsində məlumat yayılıb.

Məlumata görə, dekabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsi Krımdakı Kaça hərbi aerodromunda Rusiyanın çoxməqsədli MiQ-29 qırıcısını məhv edib.

Həmin gecə Ukrayna xüsusi təyinatlıları müvəqqəti işğal olunmuş Simferopol yaxınlığındakı İrtış aerodromunun radar sisteminə də zərbə endiriblər.

Məlumata görə, Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları müvəqqəti işğal altında olan yarımada üzərində rusların hava hücumundan müdafiə sistemini sistemli şəkildə zəiflədir.

AzPost.az

Избранный
87
3
azpost.info

10Источники