RU

Azərbaycan və Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziriVüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziriLord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Bu barədə Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumatverilib.

Qonaqları səmimi salamlayan nazir V.Mustafayev V.KoakerinAzərbaycana səfərinin iki ölkə arasında müdafiə sənayesi sahəsindəəməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.O, Azərbaycanın müdafiə sənayesi sektorunun dayanıqlı inkişafmərhələsində olduğunu və beynəlxalq tərəfdaşlıqların bu inkişafdamühüm rol oynadığını vurğulayıb.

Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyiuğurlar, istehsal imkanları, yeni texnologiyaların tətbiqi haqqındageniş məlumat verib. V.Mustafayev, həmçinin Birləşmiş Krallıqlamüdafiə sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsininqarşılıqlı fayda gətirəcəyinə inandığını diqqətə çatdırıb.

V.Koaker isə səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünübildirib. O, Azərbaycanın regional sabitlik və təhlükəsizliksahəsində oynadığı rolu yüksək qiymətləndirib və BirləşmişKrallığın müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdəAzərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunuvurğulayıb.

Qonaq Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətləriyüksək qiymətləndirərək, iki ölkə arasında tərəfdaşlığındərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

Səmimi və konsturuktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
142
3
az.trend.az

4Источники