RU

Ukrayna Rusiyanın kimya kombinatını vurdu

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

Hurriyyet.az xəbər verir ki, dekabrın 4-nə keçən gecə Ukrayna dronları Nevinnomıssk ərazisindəki hədəflərə zərbələr endirib. Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov dağıntı və tələfatın olmadığını, hadisə yerində fövqəladə xidmət idarələrinin əməkdaşların işlədiklərini bildirib.

Ukraynanın "Exilenova+" monitorinq kanalının məlumatına görə, "Yevroxim" şirkətinə məxsus "Nevınnomısskiy Azot" kimya kombinatı vurulub. Zavoda bundan əvvəl də iki dəfə - 14 iyun və 25 iyul tarixlərində hücumlar edilib. Həmin hücumlardan sonra istehsalat müvəqqəti olaraq dayandırlmışdı.

Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
2
hurriyyet.az

3Источники