RU

ICESCO-nun Baş direktoru: Onun tətbiq etdiyi inqilabi metodlar qlobal problemlərə yeni həll yolları gətirib

BAKI, 4 dekabr. TELEQRAF

“Yusif Məmmədəliyini elmi fəaliyyətinin nəticələribu gün də davam edir. Üzvi kimya sahəsinə verdiyi mühüm töhfələr, xüsusilə neft kimyasının sintezi sahəsində tətbiq etdiyi inqilabi metodlar qlobal problemlərə yeni həll yolları gətirib”.

Teleqraf xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransda videomüraciəti zamanı bildirib.

O vurğulayıbki, Yusif Məmmədəliyev Azərbaycanın kimya üzrə innovasiya mərkəzi kimi tanınmasında böyük rol oynayıb:

“Onun elmi vizyonu bir çox elmi müəssisələrin formalaşmasına təkan verib.

O, təkcə kimyaçı deyil, həm də maarifçi alim idi. Azərbaycan dili, ədəbiyyatı və əl yazmalarının qorunmasına da xidmət edib. Bu gün böyük alimi yad edərək, Azərbaycan hökumətini və elmi ictimaiyyətinə təşəkkür edirik”

Избранный
143
teleqraf.com

1Источники