RU

İran Rusiyaya 16 ədəd Su 35 sifariş edib

Ayna saytına istinadən ain.az xəbər verir.

Sifarişin 2025-2027-ci illər arasında tamamlanması planlaşdırılıb

İran Rusiyaya 16 ədəd Su-35 qırıcı təyyarəsi sifariş edib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna media orqanı UAC, KnAAZ, Zvezda və Yakovlev Korporasiyasından sızdırılmış sənədlərə istinadən məlumat yayıb.

Bütün sənədlərdə “K10” sifarişçi kimi göstərilsə də, bir sənəddə onun İran olduğu xüsusi olaraq qeyd olunur. Sənədlərdə həmçinin sifarişin 2024-cü ilin mart, iyul və dekabr aylarında hissə-hissə ödənildiyi göstərilir.

Sənədlərə görə, sifarişin 2025-2027-ci illər arasında tamamlanması planlaşdırılır. Bəzi təyyarələrin ehtiyat hissələrinin bu ilin əvvəlində alındığı və köhnə sənədlərdə göstərildiyi kimi çatdırılmağa hazır ola biləcəyi ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
ayna.az

2Источники