“Qalatasaray”ın ulduz futbolçusu Kazımcan Karataşı yaralayan tərəfdar polis nəzarətinə götürülüb.
NOCOMMENT.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, “Fənərbaxça” – “Qalatasaray” matçında futbolçu Kazımcan Karataşa alışqan atan şəxsə qarşı “qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə cinayət işi qaldırılıb. O, 1 il müddətinə idman yarışlarından uzaqlaşdırılıb.
“Qalatasaray”ın hüquq departamenti istintaqın gedişini nəzarət altında saxlayacağını bəyan edib.