“Netflix” oyun kataloqunu genişləndirərək “Red Dead Redemption”un mobil versiyasını istifadəyə verib. Oyun iOS və Android platformalarında ilk dəfə rəsmi şəkildə əlçatan olur. Abunəçilər oyunu mobil cihazlarına yükləyə və onun üçün uyğunlaşdırılmış idarəetmə elementlərindən, toxunma əsaslı nişan alma və hərəkət mexanizmlərindən istifadə edə bilərlər. Tətbiqdə bəzi məhdudiyyətlər mövcuddur. Belə ki, oyunda çoxnövlü rejim (multiplayer) yoxdur və oynamaq üçün daimi internet bağlantısı tələb edilir.
“Red Dead Redemption” platformanın oyun kataloquna əlavə olunması “Netflix”in oyun strategiyası üçün mühüm addım hesab edilir. Son illərə qədər tətbiqdəki oyunların istifadəsi çox aşağı, abunəçilərin bir faizindən də az səviyyədə idi. Lakin 2024-cü ildə vəziyyət dəyişməyə başladı və “Netflix Games” yükləmələrinin illik artımı 180 faizə çatdı.
Ülkər XASPOLADOVA ,
“Azərbaycan”