ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“2020-ci il 9 noyabr bəyanatında deyilir ki, Rusiya sülhməramlı qüvvələri Qarabağın ətrafında yerləşdiriləcək. Amma bu, Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı deyildi. Yəni bəyanat Qarabağın statusunu həll etmirdi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.
“Bəyanat demir ki, rus sülhməramlı qüvvələrinin dayandığı ərazi Azərbaycanın tərkibinə daxildir, ya yox. 2020-ci ilin dekabrında Rusiya prezidenti bildirdi ki, Qarabağ və ətrafındakı 7 rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir. Buna görə də 2022-ci il Praqa bəyanatı noyabrın 9-u bəyanatının mahiyyətində və rus sülhməramlı qüvvələrinin funksiyalarında heç bir dəyişiklik gətirməyib”, – Rubinyan qeyd edib.
Jurnalistin 9 (10) noyabrdan sonra Ermənistan hakimiyyətinin siyasətinin nəticələrinin Qarabağın taleyinə nə qədər təsir etməsi ilə bağlı sualına Rubinyan belə cavab verib:
“Əgər sizin ruhunuza sülh gələcəksə, deyə bilərəm ki, hər şeydə biz günahkarıq. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan müqəddəsdir. Onlar Yer üzünə enmiş mələkdirlər. Hər gün Allaha təşəkkür etməliyik ki, onlar endirilib”.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.