Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.
"Bəyanat demir ki, rus sülhməramlı qüvvələrinin dayandığı ərazi Azərbaycanın tərkibinə daxildir, ya yox. Lakin 2020-ci ilin dekabrında Rusiya prezidenti bildirdi ki, Qarabağ və ətrafındakı 7 rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir. Buna görə də 2022-ci il Praqa bəyanatı 9 noyabr bəyanatının mahiyyətinə və rus sülhməramlı qüvvələrinin funksiyalarına heç bir dəyişiklik gətirməyib", - Rubinyan qeyd edib.
Jurnalistin 9 (10) noyabrdan sonra Ermənistan hakimiyyətinin siyasətinin Qarabağın taleyinə nə qədər təsir etməsi ilə bağlı sualına Rubinyan belə cavab verib:
"Əgər sizin ruhunuza sülh gələcəksə, deyə bilərəm ki, hər şeydə biz günahkarıq. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan müqəddəsdir. Onlar Yer üzünə enmiş mələkdir. Hər gün Allaha təşəkkür etməliyik ki, onlar endirilib".