Meksikanın “Monterrey” klubunda çıxış edən ispan müdafiəçi Serxio Ramos karyerasını “Milan”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun nümayəndələri artıq “rossoneri” ilə mümkün transfer barədə danışıqlar aparıblar.
Ramos 2025-ci ilin sonunda “Monterrey”dən ayrılacaq, lakin o, karyerasını bitirməyi düşünmür. Təcrübəli müdafiəçinin əsas hədəfi 2026-cı il dünya çempionatında iştirak etməkdir və buna görə də Avropaya qayıtmaq istəyir.
Bu mövsüm Ramos Meksika klubunda 15 matça çıxıb, 2 qol vurub. “Monterrey” Apertura mərhələsini 31 xalla 5-ci pillədə başa vurub və hazırda çempionatın pley-offunda çıxış edir.
Komanda yarımfinalda “Toluka” ilə qarşılaşacaq.