AZ

Ramos Real Madrid ə qayıtmağa hazırdır

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Monterrey”in 39 yaşlı müdafiəçisi Serxio Ramos qış transfer pəncərəsində “Real Madrid”ə qayıda bilər.

Apasport.az xəbər verir ki ki, ispaniyalı futbolçunun Madrid klubuna dönüşü real variant kimi dəyərləndirilir. Ramosun Meksika təmsilçisi ilə müqaviləsi başa çatır və o, bir aya azad agent statusu qazanacaq. Bu isə “Real Madrid”ə təcrübəli müdafiəçini sərbəst şəkildə transfer etmək imkanı yaradır.

Madrid klubu hazırda mərkəz müdafiə xəttində ciddi çatışmazlıq yaşayır və rəhbərlik Ramosun təcrübəsini ideal seçim hesab edir.

Serxio Ramos 2005–2021-ci illər arasında “Real Madrid”in heyətində 671 matça çıxıb, 101 qol vurub və 40 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu cari ilin fevralından Meksikanın “Monterrey” klubunda çıxış edir, burada 30 oyunda 7 qolla yadda qalıb.

La Liqa: Nəhənglərdən qələbə

İngiltərə Premyer Liqası: “Nyukasl” “Everton”u darmadağın edib

Bundesliqa: "Bayer" evdə "Dortmund"a məğlub olub

İtaliya A Seriyası: günün nəticələri

Keçmiş klubu Feliksi geri qaytarmaq istəməyib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
165
7
apasport.az

8Mənbələr