RU

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləritəkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimediaəyləncə sistemini istifadəyə verib.

Yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı,həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlımacəraya çevirir.

Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünyakinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş filmkataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilindəaltyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmətedir.

Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycanrejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkəninmədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaqimkanı yaradır.

AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onlarıyeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.

AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünyakinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərinikəşf edirsiniz.

AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətinrəsmi saytımobil tətbiqi vasitəsilə ətraflıməlumat əldə edə bilərsiniz.

Məqalədə:
Избранный
49
25
az.trend.az

10Источники