RU

Dekabr bu 3 bürc üçün dönüş nöqtəsi olacaq -AÇIQLAMA

2025-ci ilin artıq son ayına qədəm qoymuşuq və astroloji mənzərə ilin yekununa doğru yeni dinamika və dəyişikliklər vəd edir.

Gundem.az xəbər verir ki, ilin son ayının dəyərləndirilməsi ilə bağlı Sfera.az-a açıqlama verən astroloq Aytən Salami bildirib ki, dekabr ayına Merkurinin Əqrəb bürcündə retro hərəkətini tamamlaması ilə qədəm qoyuruq:

“Bu, enerjilərin bir qədər sakitləşməsi və daxilə yönəlməsi ilə müşayiət olunur. Hazırda isə Günəş Oxatan bürcündədir. Eyni zamanda Marsın Oxatanda irəliləməsi və təxminən bir həftə sonra Merkurinin də Oxatan bürcünə keçməsi ayın ümumi atmosferinə daha dinamik və nikbin ruh qatacaq. İnsanlarda pozitiv ovqat, canlılıq, fəallıq və cəsarətli təşəbbüslər artacaq. Həyatdan zövq almaq, səyahətlər planlaşdırmaq, əyləncə və macəra yönlü addımlar atmaq xüsusilə ön plana çıxacaq. Dekabr ən çox Oxatan, Qoç və Şir bürcləri üçün əhəmiyyətli və uğurlu dönüşlər vəd edir”.

Astroloq ay boyunca od ünsürləri (Qoç, Şir, Oxatan) ilə yanaşı, hava ünsürlərinin (Dolça, Əkizlər, Tərəzi) də şanslı təsirlər altında olacağını əlavə edib: "İlin son dolunayı isə Əkizlər bürcündə baş verəcək. Bu dolunay kommunikasiya, ünsiyyət, informasiya mübadiləsi, qərarların verilməsi və icrası kimi mövzuları gücləndirəcək. Gizli qalan məqamların üzə çıxması, xəbərlərin artması və məlumat axınının sürətlənməsi xüsusilə diqqət mərkəzində olacaq. Bu dövr ümumilikdə daha çox aydınlanma, yenilənmə və fikirlərin aktivləşməsi enerjisi gətirəcək”.

Избранный
18
gundem.az

1Источники