RU

Azərbaycan AQEM-in möhkəmləndirilməsində bağlayıcı halqa rolunu oynamaqda davam edəcək - Yalçın Rəfiyev

Bakı. Trend:

Azərbaycan Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləriüzrə Müşavirənin (AQEM) möhkəmləndirilməsi yolunda bağlayıcı halqarolunu oynamaqda davam edəcək.

Trend xəbər verirki, bunu bu gün Azərbaycanın Xarici İşlər nazirinin müavini YalçınRəfiyev ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıq sahəsindəuniversitetlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransdaçıxışında deyib.

“Azərbaycanın sədrliyi dövründə ən mühüm prioritetlərdən biritəhsil və elmdir. Təsadüfi deyil ki, sədrliyi qəbul etdikdən sonrakeçirdiyimiz ilk tədbir fevral ayında aparıcı universitetlərinTərəfdaşlıq Şəbəkəsinin Koordinasiya Şurasının təsis toplantısıoldu. Bu şəbəkənin tamdəyərli şəkildə işə düşməsi isə bugünkükonfransın keçirilməsinə imkan yaradan mühüm nailiyyətlərimizdənbiridir”, – deyə o bildirib.

O vurğulayıb ki, Şəbəkə ali təhsil sistemləri, universitetlər vəAQEM üzv dövlətlərinin akademik dairələri arasında tərəfdaşlığınmöhkəmləndirilməsi, akademik mübadilənin təşviqi və birgətədqiqatların inkişafı məqsədilə yaradılıb.

O, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin Baş Assambleyasına ev sahibliyi etməyəhazırlaşdığını əlavə edib.

Məqalədə:
Избранный
73
2
az.trend.az

3Источники