Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb.
“Ölkə.az” xəbər verir ki, V. Mustafayev təxminən iki saat əvvəl məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.
Portal yazır ki, azərbaycanlı iş adamına qarşı iddialar keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.
Hadisə ilə bağlı araşdırma davam edir.