RU

“Spartak”ın oyunçusu arvadına görə “Beşiktaş”a keçmək istəyir

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Moskva "Spartak"ının və Qana millisinin müdafiəçisi Aleksandr Ciku qış transfer pəncərəsi zamanı klubdan ayrılmaq istədiyini bildirib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, onun ayrılmaq istəməsinin əsas səbəbi həyat yoldaşı ilə bağlı ailə problemləridir.

Cikunun həyat yoldaşının Rusiyadakı yaşayışdan narazı olduğu bildirilir, buna görə də 31 yaşlı əcnəbi müdafiəçi agenti vasitəsilə yanvar ayında Türkiyənin "Beşiktaş" klubundan onu transfer etməsini istəyib.

Ciku sentyabr ayında "qırmızı-ağlar"a qoşulub və komandada 11 oyun keçirib. O, əvvəllər Fransanın "Kan" və "Strasburq" klublarında, eləcə də Türkiyənin "Fənərbaxça" komandasında oynayıb. Ciku Qana millisində 36 oyun keçirib və dörd qol vurub, o cümlədən 2022-ci il Dünya çempionatında da iştirak edib.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
98
1
lent.az

2Источники