RU

"Airbus" təyyarələrindəki nasazlıq aradan qaldırıldı

Ajans.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, nasazlıq hündürlüyün hesablanmasına cavabdeh olan proqram təminatının bir hissəsinə təsir göstərib. Böyük hündürlüklərdə güclü günəş radiasiyası məlumatları təhrif edə bilərdi ki, bu da çoxsaylı reyslərin gecikməsi və ləğv edilməsinə səbəb olub. "A320" ailəsinə aid təxminən 6 000 ədəd təyyarə bu problemdən təsirlənib.

Mənbələrin qiymətləndirməsinə görə, proqram təminatının əvvəlki versiyasına qayıtmaq 2-3 saat çəkir, lakin təxminən 1 000 köhnə təyyarə avadanlığın tam modernləşdirilməsinə ehtiyac duya bilər.

Избранный
122
3
Ajans.az

4Источники