Bakı. Trend:
Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti vəİordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi vəTexniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasıkeçirilir.
Trend xəbər verir ki, iclasdan əvvəl Azərbaycan-İordaniyaHökumətlərarası Komissiyanın IV iclasının iştirakçıları Fəxrixiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib,məzarı önünə gül dəstələri qoyublar. Sonra görkəmlioftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramlaanılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra nümayəndəheyəti Şəhidlər xiyabanında və Zəfər Parkında olub, Azərbaycanınsuverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanŞəhidlərimizin xatirəsini yad ediblər.
Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyənaziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizatnaziri Yarub Qudah arasında iclasdan əvvəl keçirilən görüşdəikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığıngenişləndirilməsi imkanları müzakirə olunub, HökumətlərarasıKomissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdənkeçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edənS. Babayev Azərbaycan ilə İordaniya arasında 30 ildən artıq dövrərzində formalaşmış münasibətlərin və Prezident İlham Əliyev iləKral II Abdullah arasında yüksək səviyyəli siyasi dialoqun iki ölkəarasındakı əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığınıvurğulayıb. Nazir ikitərəfli münasibətlərin inkişafındaHökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib vəqeyd edib ki, Komissiyanın bu gün keçirilən IV iclası əvvəlkitəşəbbüsləri irəli aparmaq, eyni zamanda, yeni əməkdaşlıqsahələrini genişləndirmək üçün mühüm mərhələ olacaq.
Bildirilib ki, iki ölkə arasında indiyədək imzalanmış 40-dan çoxsənəd əməkdaşlığın inkişafı üçün güclü hüquqi baza formalaşdırır vəyeni təşəbbüslərin reallaşdırılması üçün əlverişli imkanlaryaradır.
Nazir çıxışında regional transformasiyadan bəhs edib və bildiribki, hazırda dünyada müşahidə olunan geosiyasi dəyişikliklər CənubiQafqaz regionunu yeni inkişaf mərhələsinə çıxarır vəErmənistan–Azərbaycan sülh prosesi çərçivəsində Vaşinqtondaimzalanmış Bəyannamə bölgə üçün tarixi dönüş nöqtəsidir. O qeydedib ki, sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındamaneəsiz bağlantını təmin edir və Zəngəzur Dəhlizinin açılmasınaşərait yaradır. Bu yeni nəqliyyat arteriyası təkcə Cənubi Qafqazdeyil, eyni zamanda, Mərkəzi Asiya və Yaxın Şərq üçün də ticarət,logistika, enerji tranziti və regional inteqrasiya sahələrindəgeniş imkanlar açır və regionda investisiya, turizm, tranzit,logistika üçün sabit, proqnozlaşdırıla bilən və əlverişli mühitformalaşdırır. Nazir bu yeni reallıqlar fonunda İordaniyanıregionda genişlənən ticarət və nəqliyyat əməkdaşlığında fəaliştiraka dəvət edib.
S.Babayev bildirib ki, Azərbaycan və İordaniya arasında iqtisadiəməkdaşlıq dinamik inkişaf edir və tərəflər arasında daha böyükpotensial mövcuddur. Qeyd olunub ki, Hökumətlərarası Komissiyanınnəticələri də iki ölkənin ticarət, investisiya, sənaye, enerji,nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm,mədəniyyət, turizm, qida təhlükəsizliyi, səhiyyə, gömrük və digərsahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldarolacaq.
İkitərəfli ticarətin artmaqda davam etməsi, Azərbaycanın kəndtəsərrüfatı, qida və digər məhsullar üzrə İordaniya bazarındarəqabət imkanlarını genişləndirməsi, İordaniyanın isə dərman vədigər sənaye məhsullarının ixracında fəallıq nümayiş etdirməsi vəinvestisiya dialoqunun dərinləşdirilməsi Komissiyanın iclasındamühüm irəliləyişlər kimi qiymətləndirilib. Qeyd olunub ki,nəqliyyat əlaqələrinin təkmilləşməsi, o cümlədən havamarşrutlarının genişləndirilməsi, humanitar və mədəni layihələr,təhsil sahəsində tələbə mübadiləsi və universitetlərarasıəməkdaşlığın gücləndirilməsi qarşılıqlı əlaqələrin daha dainkişafına şərait yaradır.
Komissiyanın həmsədri, İordaniyanın sənaye, ticarət və təchizatnaziri Yarub Qudah çıxışında iki ölkə arasında münasibətləriniqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. O,İordaniyanın Azərbaycanla ticarət, investisiya, sənaye, enerji,turizm və logistika sahələrində əməkdaşlığın daha dadərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Nazir bildiribki, Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşıdakı illərdə birgəlayihələrin artmasına, biznes dairələri arasında birbaşa əlaqələringenişlənməsinə töhfə verəcək.
Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər KrallığıHökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrəHökumətlərarası Komissiya 23 noyabr 2007-ci il tarixində yaradılıbvə Birgə Komissiyanın bundan əvvəl üç iclası keçirilib.