RU

Azərbaycan banklarının aktivləri 13%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin noyabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,341.9 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 6 milyard 644.1 milyon manat və ya 13,4% artıb. 

Belə ki, 1 noyabr 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 49 mlrd. 697.8 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 49,182 mln. manat (13,7% artıb), balans kapitalı 7,159.9 mln. manat (11% artıb) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
8
banco.az

1Источники