RU

Trampın oğlu Vitkoffun müdafiəsinə qalxdı: “Dərin dövlət” axmaqları...  

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp kiçik ruslarla danışıqları yayılan Stiv Vitkoffu tənqid edənlərə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, o, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. O, Vladimir Putinin köməkçisi Yuri Uşakovla danışıqlarına görə Vitkoffu tənqid edən media və siyasətçiləri hədəf alıb: "Görünür, bu media və "dərin dövlət" axmaqları real dünyada heç vaxt uğurla razılaşma əldə etməyiblər. Aydındır ki, Vitkoffun demək olar ki, bütün tənqidçiləri Ukrayna ilə hər hansı bir sülh müqaviləsinin uğursuz olmasını istəyirlər ki, bu müharibəni sonsuza qədər davam etdirsinlər. Artıq kifayətdir!"

Qeyd etmək lazımdır ki, ABŞ prezidentinin böyük oğlu Ukrayna əleyhinə mövqeyi ilə tanınır. Xüsusilə o, dəfələrlə Ukraynaya bütün yardımların dayandırılmasını tələb edib, Rusiya təbliğatını yayıb və həm Ukraynanı, həm də Ukrayna rəhbərliyini təhqir edib.

 

Musavat.com

 

Избранный
87
16
musavat.com

10Источники