RU

Trampın oğlu mediada yayılan tənqidlərə cavab verdi

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp-kiçik atasının xüsusi nümayəndəsi Uitkoffu mediada yayılan tənqidlərdən müdafiə edib.

Bu açıqlama ABŞ emissarının Rusiya tərəfi ilə Ukrayna üzrə sülh planı mövzusunda aparılan danışıqlarının mətni yayımlandıqdan sonra verilib.

Tramp-kiçik bildirib:

“Aydın görünür ki, Uitkoffu tənqid edənlərin böyük əksəriyyəti Ukrayna ilə bağlı istənilən sülh razılaşmasının uğursuzluğa düçar olmasını istəyir. Yetər artıq!”

Onun sözlərinə görə, sülhə qarşı çıxan dairələr prosesi bilərəkdən siyasiləşdirir və emissarın fəaliyyətini gözdən salmağa çalışırlar. 

 

Musavat.com

Избранный
69
16
musavat.com

10Источники