RU

Titanik in batdığı dəqiq yer: TƏFƏRRÜATLAR

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Titanik” öz dövrünün ən böyük və ən möhkəm okean gəmisi hesab olunurdu. Lakin gəmi Atlantika okeanındakı ilk səfərinin dördüncü günündə, ümumilikdə altı günlük marşrutunun yarısında faciəvi şəkildə batıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Titan” batiskafının OceanGate şirkətinə məxsus faciəli qəzaya uğramasından sonra “Titanik” haqqında əvvəllər geniş ictimaiyyətə məlum olmayan bir neçə mühüm detal açıqlanıb.

Ən böyük və “batmaz” sayılan laynerin faciəsi

Tarixi məlumatlara görə, “Titanik” dövrünün ən böyük okean gəmisi idi və istifadəyə verildiyi zaman “batmaz” adlandırılırdı. Lakin 1912-ci il apreıin 15-də, ilk reysinin ortasında gəmi aysberqə çırpılıb və nəticədə təxminən 1500 nəfərin ölümü ilə bitən dəhşətli faciə baş verib.

Gəmi İngiltərənin Sauthempton şəhərindən yola düşərək ABŞ-ın Nyu-York şəhərinə doğru istiqamətlənmişdi. Marşrutun ilk dayanacaqları La-Manş boğazı və İrlandiyanın Kork qraflığındakı Kob limanı idi. Buradan sonra Atlantik okeanı boyunca birbaşa yol başlayırdı.

Qəzanın yeri və yeni məlum olan dəqiq koordinatlar

Uzun illər “Titanik”in Şimali Atlantikanın daha yuxarı hissəsində buz parçaları arasında qaldığı düşünülürdü. Lakin son araşdırmalar qəzanın dəqiq yerini təsdiqləyib.

Məlum olub ki, 3200 kilometrdən çox məsafə qət etdikdən sonra “Titanik” Nyufoşlendləndən (Kanada) təxminən 640 kilometr aralıda aysberqə çırpılıb.

Gəmidə olan 2201 nəfərin 1489-u dondurucu sulara düşüb və sonradan hamısı boğularaq ölmüş kimi qeydiyyata alınıb. Tədqiqatçılar bildirirlər ki, insanların ölümünə əsas səbəb məhz hipotermiya olub:

“İnsanlar temperaturu -2,2°C olan suda donaraq həyatını itirib.”

Bu da ilk dəfə təsdiqləndi

OceanGate şirkətinin “Titan” batiskafının faciəsindən sonra “Titanik”in qalıqlarının dəqiq yerləşdiyi dərinlik barədə yeni məlumatlar əldə edilib.

CBS-in məlumatına görə, “Titanik”in qalıqları okeanın dibində təxminən 3810 metr dərinlikdə yerləşir, gəminin əsas iki hissəsi isə bir-birindən 790 metr məsafədədir.”

“Titan”ın faciəsi

Xatırladaq ki, 2023-cü il iyunun 18-də “Titan” batiskafı “Titanik”in qalıqlarına eniş zamanı partlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, batiskafın gövdəsi böyük su təzyiqinə tab gətirməyib və bu, ani imploziyaya səbəb olub.

Batiskafın qalıqları və içərisində olanların cəsəd qalıqları Nyufoşlendləndin Sankt Cons şəhərinə aparılaraq təhlil və araşdırma üçün mütəxəssislərə təhvil verilib.

Alimlər bu faciənin səbəblərini araşdıraraq, gələcəkdə oxşar fəlakətlərin qarşısının alınmasına kömək etməyi hədəfləyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
lent.az

1Источники