RU

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirildi

 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkin ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüş zamanı Azərbaycanın 2006-cı il Dənizçilik Əmək Konvensiyasının (Maritime Labour Convention, MLC) həyata keçirilməsi istiqamətində atdığı addımlar, bu prosesin ölkəmiz üçün yaradacağı imkanlar və gözlənilən nəticələr müzakirə olunub.

Tərəflər Konvensiyanın ratifikasiyası və səmərəli icrası üçün tələb olunan beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq Əmək Təşkilatı bu istiqamətdə Azərbaycana texniki və institusional dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin dəniz nəqliyyatının rəqəmsallaşdırılması, bu sahədə insan kapitalının gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

 

Избранный
61
6
musavat.com

7Источники