Bakı. Trend:
“China Railway Container Transport” (CRCT) şirkətinin “MiddleCorridor Multimodal Ltd” şirkətinə qoşulmasından sonra Orta Dəhlizüzrə konteyner daşımalarının iki dəfə artacağı gözlənilir.
Trend xəbər verirki, bunu “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə heyətininsədri Talqat Aldırberqenov Bakıda keçirilən MDB Dəmir YoluNəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində jurnalistlərəverdiyi açıqlamada deyib.
“İki həftə əvvəl Çin Dəmir Yolları "CRCT" şirkəti vasitəsiləOrta Dəhlizə qoşuldu. Biz bu marşruta böyük ümidlər bəsləyirik”, -deyə o bildirib.
Aldıberqenov qeyd edib ki, bu gün Qazaxıstan və Azərbaycanarasında yükdaşımaların həcmində qəti artım müşahidə olunur.
“Son dörd ildə onlar (yükdaşımaları-red) yeddi dəfə artıb.2025-ci ilin on ayında daşımaların həcmi 4,1 milyon tona çatıb ki,bu da yüksək dinamikanı göstərir. Eyni zamanda xüsusi vurğulamaqistərdim ki, taxıl daşımaları 25 dəfə artaraq təxminən 600 min tonaçatıb”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Sian şəhərində keçirilən “Çin -Avropa” dəmir yolu marşrutu üzrə ikinci beynəlxalq əməkdaşlıqforumu çərçivəsində Çin Dəmir Yollarının "CRCT" şirkəti vasitəsiləQazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının birgəmüəssisəsi “Middle Corridor Multimodal Ltd”yə qoşulması barədərazılaşma imzalanıb.