RU

Trampın adamını “Bloomberg”ə kim satıb – ABŞ, yoxsa Rusiya kəşfiyyatı?

Tramp administrasiyası Rusiyanın işğalına məruz qalan Ukrayna dövlətinin “biletini kəsməyə” hazırlaşdığı məqamda rəsmi Kiyevin dadına “Bloomberg” agentliyi yetişdi.

Bu gün gecədən agentliyin yaydığı eksklüziv xəbər Trampın xüsusi elçisi Stiv Uitkoffun Putinin yaxın ətrafı ilə necə əlbir olduğunu üzə çıxardı. Halbuki təyin olunduğu vəzifə Uitkoffun Rusiya-Ukrayna müharibəsinin çözümündə neytral mövqe tutmasını tələb edirdi.

Söhbət Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla mediaya sızan telefon söhbətindən gedir. Bu söhbət Tramp administrasiyasının Ukrayna dövlətinə və xalqına qarşı yürütdüyü kapitulyasiya siyasətin ifşası kimi dəyərləndirilə bilər.

Ağ Evə ikinci qayıdışından sonra Trampın şəxsən ukraynalı həmkarı Volodimir Zelenskidən qisas almaq istəyi açıq-aşkar göz qabağındadır. Çünki onun birinci prezidentliyi dövründə hakimiyyətə gələn Zelenski amerikalı həmkarının tələbi ilə Co Baydenlə əlaqəsi olan “Burisma” şirkətinə qarşı işin araşdırılmasının bərpa olunmasından imtina etmişdi.

“Biz heç bir əmri yerinə yetirmirik. Bizim bir əmrimiz var: Ukraynaya xidmət”, – deyə Zelenski 2019-cu ildə demişdi. Amma əlavə etmişdi ki, Ukrayna hakimiyyəti istənilən qanun pozuntusunu araşdırmağa hazırdır.

Lakin dünya birliyinin müqaviməti nəticəsində ABŞ prezidenti indiyədək öz vətəninin torpaqlarını satmaqdan imtina edən Zelenskinin siyasi iradəsini sındıra, bütün qəfil həmlələri ilə Ukrayna dövlət başçısının və xalqının əzmini sarsıda, gözəl Ukrayna dövlətini məcməyidə sevimli Putininə peşkəş edə bilmir.

Halbuki ABŞ kimi qüdrətli dövlətin liderinin Ukrayna torpaqlarını qəsbkarlıqla işğal etməyə çalışan, bu məqsədlə Ukraynada amansız və qorxunc hərbi cinayətlər törədən Putinin “ağzı” ilə danışması beynəlxalq hüquq normalarına və insanlığa nəinki ziddir, həm də həqarətdir.

Onun xüsusi elçisi Stiv Uitkoffun beş dəqiqəlik telefon danışığı zamanı yaxın dostu olan Trampın “saqqızının necə oğurlanması”na dair Rusiya prezidentinin köməkçisi Yuri Uşakova məsləhət verməsi isə artıq ABŞ prezidentinə və Amerika xalqına xəyanətdir.

“Bloomberg”in yaydığı telefon danışığının stenoqramından məlum olur ki, məhz Uitkoff oktyabr ayında Yuri Uşakov vasitəsilə Vladimir Putinə məhz Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə səfərindən əvvəl Donald Trampa zəng etməyi tövsiyə edib. Uitkoff həmçinin Putinin Trampa hansı sözləri deməsini də Uşakovun nəzərinə çatdırıb. O, Putinə Qəzza sülh sazişi ilə bağlı Trampı təbrik etməyi, Rusiyanın sənədi “ dəstəklədiyini” və “prezidentə sülh üçün mübarizə aparan şəxs kimi hörmət etdiyini” deməsini məsləhət görüb. “Onda həqiqətən yaxşı söhbət alınacaq” , – deyə Uitkoff vurğulayıb.

Uitkoff həmçinin Ukrayna üçün Qəzza sazişindən nümunə götürülmüş sülh planı üzərində birgə işləməyi və Putinə bu məsələni prezident Trampla danışarkən qaldırmağı təklif edib. “Biz Trampın 20 bəndlik planını ( Qəzzə üçün – red.) tərtib etdik və düşünürəm ki, mümkündür ki, biz sizinlə eyni şeyi edə bilərik”, – Uitkoff deyib.

Uitkoff “Putinə dərin hörmət bəslədiyini” və Trampın yanında “Rusiya hər zaman sülh razılaşması əldə etmək istəyir” rəyini yaratdığını da söyləyib. “Bəlkə o ( Putin – red.) prezident Trampa deyəcək: “Bilirsinizmi, Stiv və Yuri çox oxşar 20 bəndlik sülh planını müzakirə ediblər və biz düşünürük ki, işi ölü nöqtədən bir qədər tərpədə bilərik, biz bu cür şeylərə açığıq”, – Uitkoff deyib.

Xüsusi elçi bildirib ki, “saqqız oğurlama” söhbəti ona Tramp tərəfindən razılaşma əldə etmək üçün kifayət qədər səlahiyyət verilməsinə səbəb ola bilər. “Mən sülh razılaşmasına nail olmaq üçün nəyin lazım olduğunu bilirəm. Donetsk vilayəti və bəlkə də başqa yerdə ərazi mübadiləsi. Amma mən deyirəm ki, bu barədə danışmaqdansa, gəlin daha ümidləndirici şeylərdən danışaq, çünki mən düşünürəm ki, razılıq əldə edə biləcəyik. Prezident sazişə nail olmaq üçün mənə çoxlu sərbəstlik və səlahiyyət verəcək. Ona görə də, bu fürsəti yarada bilsək, mən ona deyəcəyəm ki, “Bundan sonra Yuri ilə danışacağam və məncə, böyük nəticələrə gətirib çıxara biləcək söhbətimiz olacaq”, – Uhitkoff bildirib. Putinin köməkçisi onunla razılaşıb və “yaxşı səslənir” deyə əlavə edib.

ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı öz elçisinin telefon danışığını “standart forma” adlandırıb: “Siz onları buna inandırmalısınız. Bu, danışıqların çox standart formasıdır. Mən bu xüsusi audionu eşitməmişəm, lakin bu, ümumi danışıqlar təcrübəsidir. Və mən təsəvvür edirəm ki, o, Ukraynaya da eyni şeyi deyir, çünki hər bir tərəf vermək və götürmək (güzəşt etmək) məcburiyyətindədir. O (Witkoff – red.) bunu Ukraynaya satmalıdır. Ukraynanı Rusiyaya satmalıdır. Bunu sövdələşmələr bağlayan adam (“dealmaker”) edir”.

Lakin Trampın və onun elçisinin bu məsələyə alverçi səviyyəsində yanaşması dünya mediasında böyük səs-küy doğurub.

“Foreign Policy” nəşrinin jurnalisti Con Haltivanger bildirib ki, bu telefon danışığını “Bloomberg”ə sızdıran Kiyevə kömək etməyə çalışır: “Çünki bu stenoqramlar planı tənqid edənlərə və Rusiyaya təslim olmaq adlandıranlara əsas verir”.

“The Economist”in yazarı Oliver Kərroll bildirib ki, hətta Tramp epoxasında belə bu cür hadisə adamı heyrətə gətirir. “Budur, amerikalı məmur Stiv Uitkoff Kreml müşavirinə Putinin Trampla necə davranması barədə məsləhət verir”.

“The Washington Post”un əməkdaşı Con Hadson Kremlə sataşıb: “Əgər siz bu gün Uşakovsunuzsa, ünsiyyətinizin təhlükəsizliyi ilə bağlı bir az narahat ola bilərsiniz”.

“Financial Times” jurnalisti Kristofer Miller deyib ki, bu, heyrətamiz hekayədir. “Uitkoffdan gözlədiyimiz olsa belə, bu, sarsıdır. Burada o, Putinin Trampla necə davranması barədə birbaşa Rusiya məmurlarına məsləhət verir və bununla belə, Putinin və müharibənin hədəfləri ilə bağlı heyrətamiz, əsaslı anlaşılmazlığını nümayiş etdirir”.

“The Insider” nəşrinin ingilis versiyasının baş redaktoru Maykl Vays xüsusi elçini sərt tənqid edib: “Uitkoff daha neçə dəfə yerinə yetirilməsi qeyri-mümkün olan vədlər verə bilər və onları həm Tramp, həm də Putin üçün yerinə yetirməz? İndi bilirik ki, ABŞ, NATO və Ukraynanı necə sarsıtmaq barədə Putinə məsləhət verib”.

“The Guardian” qəzetinin jurnalisti Petr Saur yazıb ki, “Bloomberg”in Uitkoffun Uşakovla söhbətinin səs yazısını əldə edə bilməsi inanılmazdır: “Bu da onu göstərir ki, Uitkoff indiyədək Putinin bütün tələblərini başa düşmür”.

“Politico”nun jurnalisti Hans Yoahim von der Burxard hesab edir ki, “ABŞ kəşfiyyatının Uitkoffun fırıldaqlarını ifşa etmək üçün bunu sızdırdığını fərz etmək cəzb edir”.

“The Insider” nəşrinin araşdırmaçı jurnalisti Xristo Qrozev sual edib: “Uitkoff xarici liderə öz prezidentini necə manipulyasiya etmək barədə məsləhətlər verir? Maraqlıdır: Tramp indi Uitkoffa qarşı dövlətə xəyanət ittihamını tələb edəcəkmi?”.

Bütün bunlar isə bir nəticəyə gəlməyə sövq edir: Görün, öz azadlığı, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda Rusiya kimi təcavüzkar dövlətə qarşı qəhrəmanlıqla vuruşan Ukrayna xalqının taleyi kimin əlindədir?
Xatirə SADİQ
Trampın adamını “Bloomberg”ə kim satıb – ABŞ, yoxsa Rusiya kəşfiyyatı?

Tramp administrasiyası Rusiyanın işğalına məruz qalan Ukrayna dövlətinin “biletini kəsməyə” hazırlaşdığı məqamda rəsmi Kiyevin dadına “Bloomberg” agentliyi yetişdi.

Bu gün gecədən agentliyin yaydığı eksklüziv xəbər Trampın xüsusi elçisi Stiv Uitkoffun Putinin yaxın ətrafı ilə necə əlbir olduğunu üzə çıxardı. Halbuki təyin olunduğu vəzifə Uitkoffun Rusiya-Ukrayna müharibəsinin çözümündə neytral mövqe tutmasını tələb edirdi.

Söhbət Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla mediaya sızan telefon söhbətindən gedir. Bu söhbət Tramp administrasiyasının Ukrayna dövlətinə və xalqına qarşı yürütdüyü kapitulyasiya siyasətin ifşası kimi dəyərləndirilə bilər.

Ağ Evə ikinci qayıdışından sonra Trampın şəxsən ukraynalı həmkarı Volodimir Zelenskidən qisas almaq istəyi açıq-aşkar göz qabağındadır. Çünki onun birinci prezidentliyi dövründə hakimiyyətə gələn Zelenski amerikalı həmkarının tələbi ilə Co Baydenlə əlaqəsi olan “Burisma” şirkətinə qarşı işn araşdırılmasının bərpa olunmasından imtina etmişdi. “Biz heç bir əmri yerinə yetirmirik. Bizim bir əmrimiz var: Ukraynaya xidmət”, – deyə Zelenski 2019-cu ildə demişdi. Amma əlavə etmişdi ki, Ukrayna hakimiyyəti istənilən qanun pozuntusunu araşdırmağa hazırdır.

Lakin dünya birliyinin müqaviməti nəticəsində ABŞ prezidenti indiyədək öz vətəninin torpaqlarını satmaqdan imtina edən Zelenskinin siyasi iradəsini sındıra, bütün qəfil həmlələri ilə Ukrayna dövlət başçısının və xalqının əzmini sarsıda, gözəl Ukrayna dövlətini məcməyidə sevimli Putininə peşkəş edə bilmir.

Halbuki ABŞ kimi qüdrətli dövlətin liderinin Ukrayna torpaqlarını qəsbkarlıqla işğal etməyə çalışan, bu məqsədlə Ukraynada amansız və qorxunc hərbi cinayətlər törədən Putinin “ağzı” ilə danışması beynəlxalq hüquq normalarına və insanlığa nəinki ziddir, həm də həqarətdir.

Onun xüsusi elçisi Stiv Uitkoffun beş dəqiqəlik telefon danışığı zamanı yaxın dostu olan Trampın “saqqızının necə oğurlanması”na dair Rusiya prezidentinin köməkçisi Yuri Uşakova məsləhət verməsi isə artıq ABŞ prezidentinə və Amerika xalqına xəyanətdir.

“Bloomberg”in yaydığı telefon danışığının stenoqramından məlum olur ki, məhz Uitkoff oktyabr ayında Yuri Uşakov vasitəsilə Vladimir Putinə məhz Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə səfərindən əvvəl Donald Trampa zəng etməyi tövsiyə edib. Uitkoff həmçinin Putinin Trampa hansı sözləri deməsini də Uşakovun nəzərinə çatdırıb. O, Putinə Qəzza sülh sazişi ilə bağlı Trampı təbrik etməyi, Rusiyanın sənədi “ dəstəklədiyini” və “prezidentə sülh üçün mübarizə aparan şəxs kimi hörmət etdiyini” deməsini məsləhət görüb. “Onda həqiqətən yaxşı söhbət alınacaq” , – deyə Uitkoff vurğulayıb.

Uitkoff həmçinin Ukrayna üçün Qəzza sazişindən nümunə götürülmüş sülh planı üzərində birgə işləməyi və Putinə bu məsələni prezident Trampla danışarkən qaldırmağı təklif edib. “Biz Trampın 20 bəndlik planını ( Qəzzə üçün – red.) tərtib etdik və düşünürəm ki, mümkündür ki, biz sizinlə eyni şeyi edə bilərik”, – Uitkoff deyib.

Uitkoff “Putinə dərin hörmət bəslədiyini” və Trampın yanında “Rusiya hər zaman sülh razılaşması əldə etmək istəyir” rəyini yaratdığını da söyləyib. “Bəlkə o ( Putin – red.) prezident Trampa deyəcək: “Bilirsinizmi, Stiv və Yuri çox oxşar 20 bəndlik sülh planını müzakirə ediblər və biz düşünürük ki, işi ölü nöqtədən bir qədər tərpədə bilərik, biz bu cür şeylərə açığıq”, – Uitkoff deyib.

Xüsusi elçi bildirib ki, “saqqız oğurlama” söhbəti ona Tramp tərəfindən razılaşma əldə etmək üçün kifayət qədər səlahiyyət verilməsinə səbəb ola bilər. “Mən sülh razılaşmasına nail olmaq üçün nəyin lazım olduğunu bilirəm. Donetsk vilayəti və bəlkə də başqa yerdə ərazi mübadiləsi. Amma mən deyirəm ki, bu barədə danışmaqdansa, gəlin daha ümidləndirici şeylərdən danışaq, çünki mən düşünürəm ki, razılıq əldə edə biləcəyik. Prezident sazişə nail olmaq üçün mənə çoxlu sərbəstlik və səlahiyyət verəcək. Ona görə də, bu fürsəti yarada bilsək, mən ona deyəcəyəm ki, “Bundan sonra Yuri ilə danışacağam və məncə, böyük nəticələrə gətirib çıxara biləcək söhbətimiz olacaq”, – Uhitkoff bildirib. Putinin köməkçisi onunla razılaşıb və “yaxşı səslənir” deyə əlavə edib.

ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı öz elçisinin telefon danışığını “standart forma” adlandırıb: “Siz onları buna inandırmalısınız. Bu, danışıqların çox standart formasıdır. Mən bu xüsusi audionu eşitməmişəm, lakin bu, ümumi danışıqlar təcrübəsidir. Və mən təsəvvür edirəm ki, o, Ukraynaya da eyni şeyi deyir, çünki hər bir tərəf vermək və götürmək (güzəşt etmək) məcburiyyətindədir. O (Witkoff – red.) bunu Ukraynaya satmalıdır. Ukraynanı Rusiyaya satmalıdır. Bunu sövdələşmələr bağlayan adam (“dealmaker”) edir”.

Lakin Trampın və onun elçisinin bu məsələyə alverçi səviyyəsində yanaşması dünya mediasında böyük səs-küy doğurub.

“Foreign Policy” nəşrinin jurnalisti Con Haltivanger bildirib ki, bu telefon danışığını “Bloomberg”ə sızdıran Kiyevə kömək etməyə çalışır: “Çünki bu stenoqramlar planı tənqid edənlərə və Rusiyaya təslim olmaq adlandıranlara əsas verir”.

“The Economist”in yazarı Oliver Kərroll bildirib ki, hətta Tramp epoxasında belə bu cür hadisə adamı heyrətə gətirir. “Budur, amerikalı məmur Stiv Uitkoff Kreml müşavirinə Putinin Trampla necə davranması barədə məsləhət verir”.

“The Washington Post”un əməkdaşı Con Hadson Kremlə sataşıb: “Əgər siz bu gün Uşakovsunuzsa, ünsiyyətinizin təhlükəsizliyi ilə bağlı bir az narahat ola bilərsiniz”.

“Financial Times” jurnalisti Kristofer Miller deyib ki, bu, heyrətamiz hekayədir. “Uitkoffdan gözlədiyimiz olsa belə, bu, sarsıdır. Burada o, Putinin Trampla necə davranması barədə birbaşa Rusiya məmurlarına məsləhət verir və bununla belə, Putinin və müharibənin hədəfləri ilə bağlı heyrətamiz, əsaslı anlaşılmazlığını nümayiş etdirir”.

“The Insider” nəşrinin ingilis versiyasının baş redaktoru Maykl Vays xüsusi elçini sərt tənqid edib: “Uitkoff daha neçə dəfə yerinə yetirilməsi qeyri-mümkün olan vədlər verə bilər və onları həm Tramp, həm də Putin üçün yerinə yetirməz? İndi bilirik ki, ABŞ, NATO və Ukraynanı necə sarsıtmaq barədə Putinə məsləhət verib”.

“The Guardian” qəzetinin jurnalisti Petr Saur yazıb ki, “Bloomberg”in Uitkoffun Uşakovla söhbətinin səs yazısını əldə edə bilməsi inanılmazdır: “Bu da onu göstərir ki, Uitkoff indiyədək Putinin bütün tələblərini başa düşmür”.

“Politico”nun jurnalisti Hans Yoahim von der Burxard hesab edir ki, “ABŞ kəşfiyyatının Uitkoffun fırıldaqlarını ifşa etmək üçün bunu sızdırdığını fərz etmək cəzb edir”.

“The Insider” nəşrinin araşdırmaçı jurnalisti Xristo Qrozev sual edib: “Uitkoff xarici liderə öz prezidentini necə manipulyasiya etmək barədə məsləhətlər verir? Maraqlıdır: Tramp indi Uitkoffa qarşı dövlətə xəyanət ittihamını tələb edəcəkmi?”.

Bütün bunlar isə bir nəticəyə gəlməyə sövq edir: Görün, öz azadlığı, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda Rusiya kimi təcavüzkar dövlətə qarşı qəhrəmanlıqla vuruşan Ukrayna xalqının taleyi kimin əlindədir?

Xatirə SADİQ

Избранный
92
16
nocomment.az

10Источники