RU

MDB dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası çərçivəsində protokol imzalanıb

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, müzakirələrin əsas mövzusunu MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat və təkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib.

İştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıb, 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbirin yekununda iclasın protokolu imzalanıb.

Избранный
60
8
apa.az

10Источники