RU

Oleq Belozyorov: Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün Azərbaycan geniş infrastruktur layihələr həyata keçirib

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən və müdrik addım ataraq Ermənistan ilə dəmir yolu əlaqəsinin bərpa edilməsinə icazə verdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, məhdudiyyətin aradan qaldırılması yükdaşımaların həcmini artırmaqla yanaşı nəqliyyat dəhlizlərinin də inkişafına əsaslı təkan verəcək.

“Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün Azərbaycan geniş infrastruktur layihələr həyata keçirib. Azərbaycan ilə Rusiya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində yaxından əməkdaşlıq edirlər ki, bu da həm ikitərəfli nəqliyyat əlaqələrinin, həm də tranzit yükdaşımaların həcminin artmasına imkan verir. Hazırda şuranın qarşısında dəmir yolu infrastrukturunun rəqəmsallaşdırılması, təhlükəsizliyin təmin olunması, vahid tariflərin müəyyən edilməsi kimi məsələlər dayanır”, - deyə O.Belozyorov vurğulayıb.

Избранный
56
azertag.az

1Источники