RU

Bakcell və Visa tərəfdaşlığa başlayır

(®) İnnovasiya lideri Bakcell rəqəmsal ödənişlər üzrə qlobal lider olan Visa ilə tərəfdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində Bakcell abunəçilərinə xüsusi üstünlüklər, daha rahat rəqəmsal ödəniş imkanı və yeni innovativ həllər təqdim ediləcək.

Tərəfdaşlığın ilk addımı olaraq Bakcell və Visa abunəçilər üçün xüsusi kampaniyaya start verib. Kampaniya ərzində abunəçilər Bakcell tətbiqi üzərindən, Visa kartı ilə, Apple Pay və Google Pay vasitəsilə minimum 5 AZN balans artırdıqda bonus internet hədiyyəsi qazanacaqlar. Təqdim olunan bonus internet həcmi artırılan məbləğə uyğun olaraq, 5 AZN - 9.99 AZN – 1 GB; 10 AZN - 14.99 AZN – 2 GB; 15 AZN və yuxarı – 5 GB kimi formalaşır. Əldə edilən bonuslar bir həftə müddətində aktiv qalır. 

Bakcell innovasiya və süni intellekt əsaslı həlləri ilə Azərbaycanın rəqəmsal gələcəyinə, dayanıqlı inkişafına töhfə verməyə davam edir.

Kampaniya haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

İş elanları AzVak.az-da

Bakcell Visa tərəfdaşlıq rəqəmsal ödənişlər innovasiya kampaniya bonus internet Apple Pay Google Pay balans artırma telekommunikasiya süni intellekt rəqəmsal həllər NEQSOL Holding mobil operator Bakcell abunəçiləri Visa kartı rəqəmsal gələcək sürətli internet mobil xidmətlər
Избранный
12
27
marja.az

10Источники