RU

ADY sədri: Azərbaycanda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında genişmiqyaslı işlər görülüb

Son illərdə Azərbaycanın ərazisində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində genişmiqyaslı işlər görülüb.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının plenar iclası zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib.

"Əldə olunan nəticələr, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu nəqliyyat siyasətinə əsaslanır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində lider mövqelərini təmin edib", - Rövşən Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu artıq Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır. Modernizasiya işlərindən sonra Bakı–Tbilisi–Qars xəttinin buraxıcılıq qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Ümumilikdə, “Azərbaycan Dəmir Yolları” Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılması üçün infrastrukturun inkişafı istiqamətində işləri davam etdirir. O cümlədən, Şərq–Qərb istiqamətində əsas magistral dəmir yolu olan Bakı–Böyük Kəsik xəttində dəyişən cərəyana keçid üzrə işlər uğurla aparılır

Избранный
84
1
apa.az

2Источники