RU

Tramp Vitkoffun Kremlə məsləhətinə müsbət yanaşır

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp bildirib ki, xüsusi nümayəndəsi Stiv Vitkoffla Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında baş vermiş və mətbuata sızdırılmış telefon danışığında qeyri-adi heç nə yoxdur və bu, “standart diplomatik ünsiyyətin” bir nümunəsidir.Reyting.az xəbər verir ki, Donald Trampın sözlərinə görə, Stiv Vitkoff öz vəzifəsinin icrası ilə məşğuldur və həm Moskva, həm də Kiyev tərəfinə oxşar məsləhətlər verə bilər.“Mən həmin səsyazmanı görməmişəm. Bu, adi bir şeydir, bilirsinizmi? Danışıqları aparan şəxs bunu edir. Siz deməlisiniz ki, “Baxın, onlar bunu istəyirlər. Siz onları buna inandırmalısınız”. Bu, çox standart bir danışıq formasıdır”, - Tramp əlavə edib.Onun fikrincə, Vitkoffun Ukrayna tərəfinə də oxşar sözlər deməsi mümkündür, çünki hər iki tərəf müəyyən güzəştlərə getməlidir.Qeyd edək ki, D. Trampın xüsusi nümayəndəsi S. Vitkoffla Y. Uşakov arasında baş tutan telefon danışığının məzmunu mətbuata sızdırılıb. Söhbət zamanı Vitkoff ləngiyən sülh prosesi və Trampın mövqeyi ilə bağlı Kremlin rəsmisinə müəyyən məsləhətlər verib.E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
16
reyting.az

10Источники