BAKI, 26 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşma üçün əvvəlcədən müəyyən etdiyi 27 noyabr tarixinin sərt son tarix kimi qəbul edilmədiyini bildirib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bu barədə Floridaya uçuş zamanı, öz təyyarəsində jurnalistlərlə söhbətində danışıb.
Tramp qeyd edib ki, onun üçün əsas meyar münaqişənin mümkün qədər tez başa çatmasıdır.
“Bilirsiniz, mənim üçün son tarix nədir? Bu münaqişə nə vaxt bitəcəksə,” - o deyib.
Eyni zamanda ABŞ Prezidenti vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərindən Ukrayna üzrə sülh razılaşması bağlanmalıdır.
ABŞ lideri həmçinin əlavə edib ki, tərəflər arasında yaxşı danışıqlar aparılır.